Bakı. Trend:
Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbətiəsassız iddiaları və real faktları təhrif edən təxribat doluaçıqlamaları qəbuledilməzdir.
Trend xəbərverir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat katibi AyxanHacızadənin Fransa Prezidenti Emmanuel Makronun səfirlərkonfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədəmedianın sualına cavabında deyib.
"Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdimedən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququnnorma və prinsiplərinin kobud şəkildə pozulmasını, ErmənistanınAzərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini,kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zamantənqid etməyib.
Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanınöz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinəuyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnızErmənistan işğalına son qoymaq məqsədilə aparılıb.
Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə,Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan,Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildəsilahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçiaçıqlamaları qətiyyətlə pisləyirik.
Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olandənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərininAzərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlışsiyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə,Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması dahafaydalı olardı.
Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozanaddımlarına son qoymağı tələb edirik", XİN-dən bildirilib.