RU

25 il ərzində 40 milyon insan bu dərmanlara görə öləcək - İDDİA

Yaxın 25 ildə dünyada təxminən 40 milyon insan antibiotiklərə qarşı müqavimət səbəbindən ölə bilər.


Sfera.az "The Guardian"a istinadən xəbər verir ki, bunu İngiltərənin keçmiş baş tibb işçisi Sally Davies deyib.
 

"Hər il bir milyona yaxın insan mikroblara qarşı müqavimət səbəbindən ölür və bu nisbət növbəti 25 il ərzində artacaq, bu, həqiqətən qorxuludur", - deyə həkim bildirib.
 

Jurnal yazır ki, alimlərin hesablamalarına görə, 2050-ci ilə qədər mikroblara qarşı müqavimətdən ölüm nisbəti iki dəfə artacaq. Davisin sözlərinə görə, xüsusilə, növbəti 25 il ərzində ortaya çıxan superböcəklərdən təxminən 40 milyon insan öləcək və xüsusilə yaşlılar risk altındadır.
 

Davis qeyd edib ki, 70 yaşdan yuxarı insanlar arasında ölüm nisbəti 1990-cı ildən bəri 80% artıb. Əhali yaşlandıqca, daha çox insanlar xroniki xəstəliklərdən əziyyət çəkirlər, bu da onları yeni növ bakteriyalara qarşı daha həssas edir.

İnci

Избранный
4942
2
sfera.az

3Источники