RU

Ukraynada 2024-cü ilin əsas sözü seçildi

Vətəndaşların sürətləndirilmiş prosedur vasitəsilə məcburi səfərbər edilməsi mənasını verən “busifikasiya” neologizmi Ukraynada 2024-cü ilin əsas sözü kimi tanınıb.

"Unikal" xəbər verir ki, bu barədə “Mıslovo” müasir Ukrayna dili və jarqon lüğətinin saytında məlumat verilib.

“Mıslovo” 2024-cü ilin sözü kimi “busifikasiya” sözünü seçib. Neologizm son bir ildə ictimaiyyətin diqqət mərkəzində olmuşdur. Termin kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün olduğu zaman səfərbərliklə bağlı problemləri göstərir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2023-cü ilin sözü "səfərbərlik" olmuşdu.

Избранный
44
50
unikal.az

10Источники