RU

Metapnevmovirus insanlar üçün böyük təhlükədir?

Son həftələrdə Çin və Malayziyada yayılan insan metapnevmovirusu (HMPV) insanlar üçün artan risk yaratmır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutu (NIID) məlumat yayıb.

"HMPV tənəffüs virusunun geniş yayılma təhlükəsi ilə bağlı çaxnaşma üçün heç bir əsas yoxdur",- deyə yerli radiostansiya EWN Cənubi Afrika alimlərinin nəticələrinə istinad edir.

Buna baxmayaraq, Cənubi Afrikanın tibb orqanları hazırda HMPV-yə yoluxmuş insanların ən çox olduğu Çin və Malayziyada yaranan epidemioloji vəziyyəti diqqətlə izləyirlər.

NIH-nin bölmələrindən birinə rəhbərlik edən Şeril Koen yaxın gələcəkdə dünyada HMPV hallarının sayının artacağını istisna etməyib:

"Mütəxəssislərə təqdim edilən bütün məlumatlar göstərir ki, bu tənəffüs xəstəliyinə səbəb olan viruslar Şimal yarımkürəsində qışda aktivləşən ən tipik mövsümi viruslar sırasındadır. Məncə, qlobal bir pandemiyanın olacağından və ya HMPV-nin mutasiyaya uğrayaraq daha aqressivləşəcəyindən qorxmağa heç bir əsas yoxdur".

Cənubi Afrikanın tənəffüs xəstəlikləri sahəsində aparıcı mütəxəssislərindən biri Tulio de Oliveyra bu qənaətlə razılaşır. "Çində mövcud HMPV epidemiyası panikaya səbəb deyil",-deyə o, yerli ENCA telekanalına bildirib:

"COVID-19 ilə oxşarlıqlara baxmayaraq, metapnevmovirus adi qripdən daha az təhlükəlidir. HMPV dünya üçün ciddi təhlükə yaratmır”.

De Oliveyra qeyd edib ki, HMPV ilk dəfə 2021-ci ildə tam olaraq müəyyən edilb. Halbuki onun dörd onillik əvvəl ortaya çıxdığına dair sübutlar var:

"Metapnevmovirus elmə məlumdur və bütün dünyada rast gəlinir. HMPV insan orqanizminə daxil olduqda tənəffüs yollarının iltihabı, öskürək və titrəmə əmələ gətirir. Bəzi hallarda bronxit və pnevmoniyaya səbəb ola bilər. Uşaqlar və qocalar HMPV-yə digərlərindən daha çox məruz qalırlar”.

Xəzər

"Cebheinfo.az"

Избранный
53
5
cebheinfo.az

6Источники