RU

Azərbaycan tam şəffaflıq və insani davranış tələb edir- ÖZƏL

"Prezident İlham Əliyevin "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190" tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri, qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşü  və çıxışı tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: "İlk növbədə, bu görüş göstərdi ki, güclü Azərbaycan dövləti hər zaman, həyatın istənilən şəraitində vətəndaşının yanındadır, arxasındadır.  Ölkə başçısının sərəncamı ilə ekipajın üç üzvünün - iki pilot və bir bələdçinin "Milli Qəhrəman" adına layiq görülməsi, iki bələdçinin 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi dövlət qayğısının nümunəsidir.
        İkincisi,  dövlət başçımızın dediyi aşağıdakı fikirlər təyyarə qəzası ilə bağlı bir sıra məsələlərə tam aydınlıq gətirir:  AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində idarəetməni itirib, zədələnib və demək olar ki, idarəolunmaz vəziyyətə salınıb. Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, bu faciə də baş verməzdi. Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.
Təyyarə vurulduqdan sonra hava məkanı bağlanıb, günahsız insanlar ölümə məhkum edilib. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq  təəccüb, təəssüf və hiddət hissi doğurur. 
    Üçüncüsü, pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. Onların fədakarlığı olmasaydı qəzanın səbəblərinin izi itiriləcəkdi. 
     Dördüncüsü, Dövlət Komissiyası işləyir və cinayət işi aparılır. Həqiqətlər ictimaiyyətə çatdırılacaqdır. 
     Beşincisi, bu dəhşətli hadisə iki azərbaycanlı bələdçi qadının davranışı fərxediləsidir. 
     Altıncısı, Azərbaycan dövlət başçısının qətiyyəti sayəsində "Qara qutu"ların oxunması obyektvliyin qorunması məqsədilə Dövlətlərarası Avasiya Komitəsinə verilməyib, Braziliyaya göndərilib. 
   Nəhayət,  Azərbaycan ədalət, günahkarların cəzalandırılmasını, tam şəffaflıq və insani davranış tələb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники