RU

Dövlət Neft Fondu ötən il nə qədər valyuta satıb? - Aylar üzrə göstəricilər

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Valyuta.az xəbər verir ki, ötən ilin dekabrında Fond tərəfindən 634,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə 484,6 milyon ABŞ dolları və ya 4,2 dəfə çoxdur. 2023-cü ilin dekabrında Fond tərəfindən 149,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Ötən il ərzində Fond tərəfindən ən iri həcmi valyuta satışı fevral ayında (920,5 milyon ABŞ dolları), ən kiçik həcmli valyuta satışı isə oktyabr ayında (174,4 milyon ABŞ dolları) həyata keçirilib.

2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilən valyuta satışının aylıq göstəriciləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Tarix ARDNF-nın valyuta satışı
2024-cü il, yanvar 417,0 milyon ABŞ dolları
2024-cü il, fevral 920,5 milyon ABŞ dolları
2024-cü il, mart 498,3 milyon ABŞ dolları
2024-cü il, aprel 623,4 milyon ABŞ dolları
2024-cü il, may 558,6 milyon ABŞ dolları
2024-cü il, iyun 405,6 milyon ABŞ dolları 
2024-cü il, iyul 826,3 milyon ABŞ dolları
2024-cü il, avqust 763,0 milyon ABŞ dolları
2024-cü il, sentyabr 732,3 milyon ABŞ dolları
2024-cü il, oktyabr 174,4 milyon ABŞ dolları
2024-cü il, noyabr 574,6 milyon ABŞ dolları
2024-cü il, dekabr 634,5 milyon ABŞ dolları
Cəmi 7 milyard 128,5 milyon ABŞ dolları
  Valyuta.az

Əvəz Həsənov

Избранный
43
1
valyuta.az

2Источники