RU

Gəncədə Milad bayramı qeyd olundu - Fotolar

Bugün Pravoslav xristianları İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. 

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə şəhərində yerləşən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra kilsənin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

 







Избранный
23
2
qafqazinfo.az

10Источники