RU

Maskalanmış düşmənlərlə qarşı-qarşıya olduğumuzu xatırlamalıyıq– ÖZƏL

"İstər Sarkisyanın, istərsə də Levon Ter-Petrosyanın açıqlaması xəbər verir ki, erməni xalqının içərisində onun tarixi rəhbərləri və bu gün hakimiyyətdəki bir çox qüvvələr faşizmə meyllidirlər. Onlar açıq şəkildə Azərbaycana qarşı müharibədə cinayətlər törətmişlərdir. Təkcə Azərbaycana yox, özlərindən başqa hər kəsə xəstə bir niyyətlə baxdıqlarını ortaya qoyurlar". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Mən Serj Sarksiyanın sözlərindən təəccüblənmədim. Çünki onun kim olduğunu, hansı cinayətlərə əl atdığını çox yaxşı bilirik. Azərbaycana verilən açıqlamalarda da bu bir daha vurğulandı. Levon Ter-Petrosyanın açıqlamasına baxdığımızda, faşist olduğu ortaya çıxır. Uzun illərdir bütün böyük faciələr onun dövrünə təsadüf edirdi. Lakin özünü konstruktiv, barışa meylli bir siyasətçi kimi göstərməyə çalışmışdır. Bunun tam əksini tarixi kadrlarda da gördük. Bu ilki büdcəmizdə müdafiə xərcləri xeyli yüksəldilmişdir. Cənab Prezident 31 dekabrdakı nitqində də bunu vurğuladı ki, Azərbaycan ayıq-sayıqlığı heç vaxt əldən verə bilməz. Müdafiə, xarici siyasət və digər bütün parametrlər üzrə diqqətimiz həmişə düşməndə olmalıdır. Biz sülh müqaviləsi imzalandıqdan sonra da bu günlərdə də maskalanmış düşmənlərlə qarşı-qarşıya olduğumuzu xatırlamalıyıq".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники