RU

Fonsekanın “Milan”dan alacağı təzminatın məbləği müəyyənləşdi

Paulu Fonsekanın “Milan”dan alacağı təzminatın məbləği müəyyənləşib. İtaliya klubu ona müəyyən məbləğdə pul ödəyəcək.

"Football-plus.az" xəbər verir ki, komandadakı fəaliyyəti 6 ay çəkən portuqaliyalı mütəxəssis A seriyasının 18-ci turunun “Roma” ilə matçından (1:1) sonra istefaya göndərilib.

Fonseka vəzifəsindən rəhbərliyin qərarı ilə azad edildiyi üçün klubdan təzminat almaq hüququna malik idi. O, komandaya 2024-cü il iyulun 1-də təyinat almışdı.

Qeyd edək ki, müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilənin şərtlərindən birinə görə, baş məşqçi fəaliyyətinin ilk 6 ayında istefaya göndəriləcəyi halda, “Milan” ona yalnız 2025-ci ilin iyuluna qədər nəzərdə tutulan məvacibi ödəyəcəkdi.

Artıq Fonsekanın xələfi Serjio Konseysaonun baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib. Portuqaliyalı mütəxəssis “Milan”la müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Избранный
29
football-plus.az

1Источники