Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Türkiyə Kubokunda növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi B qrupundakı ilk matçında "İskenderunspor"la qarşılaşıb.
Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça start "11-lik"də başlayıblar və sonadək meydanda olublar.