RU

Ruanda millisinin hücumçusu Nşuti “Səbail”də

Futbol üzrə Ruanda milli komandasının hücumçusu İnnosent Nşuti bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Səbail” PFK qış transfer dönəmində növbəti futbolçunun keçidini reallaşdırıb. “Dənizçilər” İnnosent Nşuti ilə mövsümün sonuna qədər müqavilə imzalayıblar. O, yeni komandasına azad agent kimi qoşulub.

İnnosent Nşuti peşəkar karyerasına Ruandanın APR klubunda başlayıb. Tunisin “Stade Tunisien” klubunda da forma geyinmiş futbolçunun sonuncu iş yeri “One Knoxville” klubu olub. O, 2024-cü ilin yanvar ayından formasını geyindiyi Amerika Birləşmiş Ştatları klubundan ötən ay azad agent kimi ayrılıb. 26 yaşlı forvard bu komandanın heyətində meydana çıxdığı 20 oyunda cəmi 1 assistlə yadda qalıb.

Ruanda millisinin hücumçusu olan Nşuti 2021-ci ilin noyabr ayında debüt etdiyi yığma komandanın heyətində 16 oyuna çıxıb, 4 qola imza atıb.

Xatırladaq ki, “Səbail” PFK bundan öncə dövrələrarsı fasilədə Marko Nikoliç və Mirabdulla Abbasovu heyətinə qatmışdı.

Избранный
53
arena.az

1Источники