RU

Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

Fransa xarici işlər naziri Jan-Noel Barro BRICS ölkələrinin Kazanda keçirilən sammitindən narahatlığını ifadə edib.

O, bunu Parisdə keçirilən Fransa səfirlərinin konfransında çıxışı zamanı bəyan edib.

\"BRICS-in Kazandakı görüşünün müvəffəqiyyəti, üzvlərinin gələcəyin necə olacağına dair ümumi bir baxışı olmasa da, gözardı edə bilməyəcəyimiz yeni bir xəbərdarlıqdır\", - J.Barro bildirib. O, çoxtərəfli münasibətlərin islahatı yolunda vaxt itirməməyə çağırış edərək, indi \"güclü olanı daha ədalətli, ədalətli olanı isə daha güclü etməyə\" vaxt olmadığını bəyan edib.

\"Ümid edirəm ki, 2026-cı ildə ölkəmiz \"Yeddilik Qrupu\"na sədrlik edəndə biz dünyanın və qlobal idarəetmənin gələcəyi üzərində ən vacib işi başa çatdıracağıq. BMT-nin 80 illiyinin qeyd edildiyi bir vaxtda, afrikalı tərəfdaşlarımıza qlobal idarəetmədə, Təhlükəsizlik Şurasında və beynəlxalq maliyyə qurumlarında layiqli yer təmin etmək üçün qətiyyətlə irəli getməliyik”, - o əlavə edib.

Qeyd edək ki, ötən il oktyabrın 22-24-də Kazanda BRICS-in 16-cı sammiti keçirilib.
 
///report
Избранный
50
5
azxeber.com

10Источники