RU

Moskvada daha bir təyyarə məcburi ENİŞ ETDİ

Rusiyanın RİA xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Utair aviaşirkətinə məxsus Boeing 737 təyyarəsi paytaxt Moskvanın Vnukovo hava limanında məcburi eniş edib.

News24.az xəbər verir ki, 173 sərnişini olan “Boeing 737” təyyarəsi Rusiyanın Sankt-Peterburq şəhərindən Özbəkistanın Səmərqənd şəhərinə uçub.

Təyyarənin Moskvaya təhlükəsiz eniş etdiyi bildirilib. Utair aviaşirkəti təcili enişin stabilizatorun nasazlığı səbəbindən baş verdiyini açıqlayıb.

Günel Məlikzadə

Избранный
24
1
news24.az

2Источники