Kapitalbank BakıKart-la bağlı müştərilərinə xəbərdarlıq edib.
“Dəyərli Birbanklı, noyabrda istifadə etdiyiniz Bakıkart QR-biletləri üzrə ödədiyiniz məbləğ texniki xəta səbəbindən 29 noyabr-4 dekabr aralığında yanlışlıqla hesabınıza geri qaytarılıb. Qaytarılan məbləğlər 10 yanvaradək müvafiq kartınızın balansından çıxılacaq”.
Qeyd edək ki, dekabr ayında bir çox şəxsə geri ödəmələr olunmuşdu. Bunun səbəbi ilə bağlı bank tərəfindən hər hansı məlumat təqdim edilməmişdi. Sözügedən vəziyyət bir çoxları tərəfindən narazılıqla qarşılanmış, hətta bu barədə sosial şəbəkələrdə də paylaşım və rəylər mövcud idi.