1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Yaxın və orta keçmişə nəzər saldıqda, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: "Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən".
Azərbaycan Prezidenti əlavə edib ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil.