RU

Azərbaycan hər zaman qəti mövqeyini nümayiş etdirib

Bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı  Prezident İlham Əliyev çox mühüm məsələlərə, o cümlədən Ermənistanla olan məsələlərə toxunub. Qeyd edilib ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.

Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan cənab Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

Vurğulanıb ki, bu gün artıq Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. “Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – deyə cənab Prezident əlavə edib.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha Ermənistan tərəfinə məsləhətlərini verib. Dövlətimizin başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərinin qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik.

Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib: “Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.

Ölkə başçısı öz müsahibəsində, Ermənistanla sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcəyinə ümid etdiyini bildirib. “Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir”, – dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev həmçinin bildirib ki,  üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı təmin edilib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, inşaatda, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

“Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”, – deyə dövlətimizin başçısı qeyd edib.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Избранный
66
43
veteninfo.az

10Источники