“Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, respublika fənn olimpiadalarının qalibləri isə fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.
Ekspert bildirib ki, müəyyən imtiyazların olması olimpiada hərəkatına qoşulan şagirdlərin sayının çoxalmasında və bunun paralelində təhsildə keyfiyyətin artmasında mühüm rol oynayır:
“Olimpiadalar şagirdlərin inkişafı baxımından müsbət qiymətləndirilməlidir. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin şəxslərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə yerləşdirilir.
Beynəlxalq olimpiada qalibləri istənilən ixtisas, respublika fənn olimpiadalarının qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər. Müəyyən imtiyazların olması olimpiada hərəkatına qoşulan şagirdlərin sayının çoxalmasında və bunun paralelində təhsildə keyfiyyətin artmasında mühüm rol oynayır”.
Müsahibimiz qeyd edib ki, olimpiada bilik və bacarığı, çalışqanlığı ilə seçilən şagirdlərin özünü nümayiş etdirməsi üçün əla platformadır. Olimpiadalar həm də əsl istedada malik şagirdlərin üzə çıxmasına səbəb olur:
“Əlbəttə ki, şagirdlərin olimpiadalarda uğur qazanmasında müəllimlərimizin böyük xidmətləri var. Hansı müəllimlərimizin? Əlbəttə, əsərinin üzərində imzası olmayan müəllimlərimizin. Hər bir uğur qazanmış şagirdin arxasında onun gizli qəhrəmanları dayanır”.