“Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın çoxsaylı bəyanatlarına baxmayaraq, Kanada heç vaxt ABŞ-nin bir hissəsi olmayacaq”.
Missiya.Az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo özünün “X” sosial media hesabında yazıb.
"Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı yoxdur", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Tramp son həftələrdə Kanadanın “ABŞ-nin 51-ci ştatı” olması barədə dəfələrlə fikir səsləndirib.
Daşqın HəsənovMissiya.Az