RU

Dünya çempionatından sonra Fransa millisini tərk edəcək

Fransa futbol komandasının baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra vəzifəsindən ayrılmağı planlaşdırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı Didye Deşam son 13 ildə Fransa millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında “üçrənglilər” 2018-ci il Dünya Kubokunun və 2021-ci il Millətlər Liqasının qalibi olub.

Deşamın komandası həmçinin Avro 2016-nın və Qətərdə keçirilən son Dünya Kubokunun gümüş mükafatçısı olub.

Ağarza Elçinoğlu 

Избранный
42
1
unikal.az

10Источники