RU

Azərbaycanda 15 yaşlı qız "rəfiqəsi"nin üzərinə bıçaq çəkdi, evlərindən 4 min dollar oğurladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vətəndaş Arzu Quliyeva yaşadığı mənzildən 10-cu sinif şagirdinin 4 min dollar oğurladığını iddia edib.
Bununla bağlı Oxu.Az-a müraciət edən A.Quliyeva bildirilib ki, 15 yaşlı qız oğurluq məqsədilə bir müddət övladı ilə dostluq edib:
"Mənim qızım 9-cu sinifdə oxuyur. Oğurluq edən qız övladım ilə dostluq münasibətləri qurandan sonra tez-tez evimə gəlirdi. Sinif yoldaşlarından birinin ad günü var idi. Mən övladıma getməyə icazə vermədim. O qız isə müvəqqəti paltar almaq adı ilə evimə gəlib. Kamera görüntüləri var, paltarlarımın hamısını dağıdıb. Bacım iki ildir ki, kirayədə yaşayır. Onun qızılları, pulları məndə idi. Evimdə kamera var və bizə çox adam gəlmir, ona görə də güvənirdi. Həmin uşaq qızıllar və pul olan yerə əl uzadanda qızım icazə verməyib. Təkid edəndə qızım onu itələyib, dediyinə görə, telefonu qırılıb. Qızıma deyib ki, telefonunu ver, aparım. Mən o qızı sevmirəm, qızım mənə bu məsələni bildirəndə dedim, o kimdir, qəti olmaz, bir də gəlməsin bizə.
Sonradan qızım dedi ki, kasıb adamlardır, ürəyim ağrıdı, həmin qıza 145 manat göndərdim. Bu hadisə 7 dekabrda olub.
9 dekabrda bizə yenə gəlib. Övladıma deyib ki, hazırlığa bir gedək. Sən demə, bu ərəfədə açarı dəyişib, kameranı söndürüb, oğurluq edib".
Şikayətçi xanım sözlərinə belə davam edib:
"16 dekabrda iz itirmək üçün qızıma yazıb ki, aşağı düş, oynayaq. Övladım hazırlığa getdiyini deyib. Qızım da həmin gün xəstə idi, yatırdı. Bu uşaq çox keçmədən bizə gəlib, koridorun girişində kamera yoxdur, qaranlıqdır. İçəri girəndə papağı ilə üzünün yarısını örtüb, qızımın üzərinə bıçaq çəkib, soruşub ki, mamanın pulları haradadır? Qızım səsindən tanıyıb onu, üzərinə qışqırıb. O da qaçıb gedib.
Övladım daha sonra söz almaq üçün bizə gəlib-gəlmədiyini soruşanda yalandan deyib ki, nənəsigildə idi. Lakin sonradan mən söhbəti biləndə yalvardı ki, qələt etmişəm, bir də etməyəcəyəm filan. Ürəyim ağrıdı, bağışladım.
Qızımdan onun başqa hansı tarixdə gəldiyini soruşdum. Dedi, 9 dekabrda gəlib. Kamerada baxanda gördüm ki, bəzi yerlər kəsilib, çünki kameranı söndürüb. Baxıram ki, açarın yerini dəyişib, işığı söndürüb.
Bunu özlərinə bildirəndə birinci dedi ki, sübut et ki, mən etmişəm. Kameranı filan söndürdüyü üçün arxayın idi. Amma bütün faktlar onun oğurluq etdiyini ortaya qoyurdu. Sonradan bir qismini boynuna aldı. Dedi ki, 903 dollar götürüb, 100 dollarını itirib. Guya özünə telefon alacaqmış. Anası dedi ki, pulu oğurlayıb ona aparıb. Bıçaq məsələsində isə anası dedi ki, guya yolda söz filan atmasınlar deyə özünü qoruması üçün ona verib".
Oxu.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlayıb.
Qurumun baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evlərin birindən 4 000 dollar pulun oğurlanması barədə polisə məlumat daxil olub:
"Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə təqsirli bilinən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir".
Aqil Vəlili
Избранный
31
37
oxu.az

10Источники