RU

Tramp Putinlə nə vaxt görüşəcəyini söyləyib

Hurriyyet.az xəbər verir ki, ABŞ-da son prezident seçkilərinin qalibi olmuş Donald Tramp Ukrayna məsələsi ilə əlaqədar RF lideri Vladimir Putinlə görüşə hazırlaşır.

"Foks Nyus" telekanalının məlumatına görə, Tramp Putinlə görüşünün özünün yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra baş tuta biləcəyini bəyan edib. Onun fikrincə, Ukraynadakı vəziyyət yaxın altı ay ərzində həll ediləcək. Tramp qeyd edib ki, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxış edən Rusiyanı başa düşür.

RF Prezidenti 2024-cü il dekabrın sonundakı çıxışında bildirmişdi ki, Ukrayna ilə danışıqlar İstanbul razılaşmaları bazasında mümkündür. Həmin razılaşmalara Ukraynanın hərbi ittifaqların, o cümlədən NATO-nun üzvü olmaqdan imtina etməsi də daxildir.

Tramp Rusiyanın "öz kandarında" NATO üzvü olmasını istəməməsini başa düşdüyünü söyləyib. Tramp Co Baydeni Moskva ilə Kiyevin hər iki tərəfi razı sala biləcək sövdələşməni pozmaqda ittiham edib. Bayden Ukraynanın NATO üzvü olması tərəfdarıdır.

Hürr Tərcüman

 

Избранный
32
50
hurriyyet.az

10Источники