RU

İ.Əliyev:'Ermənistana Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir'

Azərbaycan prezidenti İlham Əliyev Ermənistana Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsi ilə əlaqədar xəbərdarlıq edib.

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.

Azərbaycan prezidenti bildirib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir.

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistan bu məsələdə nə qədər tez addım atarsa, bir o qədər yaxşıdır. Biz  gözləyə bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə başqa marşrutla getməliyik? Ermənistan bütün bunları nəzərə almalıdır”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

İlham Əliyev bəyan edib ki, ABŞ-da səlahiyyət müddəti başa çatan prezident Co Bayden administrasiyası Soros üslubunda administrasiyadır.

İham Əliyev həmçinin bildirib ki, Soros dövrü başa çatıb və İrəvan administrasiyası bu vəziyyəti nəzərə almalıdır.

Ermənistanın Yaxın Şərqdəki yaxın müttəfiqi Suriyadakı Bəşər Əsəd rejiminin tarixin xarabalığına atıldığını xatırladan Azərbaycan prezidenti ölkəsinin Ermənistan üçün təhlükə mənbəyi olmadığını bəyan edib.



Избранный
40
40
trt.net.tr

10Источники