Bakı. Trend:
Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti -"VIGINUM" təşkilatımızın işinə kölgə salmağa çalışıb.
Trend xəbərverir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru AbbasAbbasov Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Milli Təhlükəsizlikvə Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilindekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialaracavab məqsədilə keçirdiyi brifinqdə deyib.
"Fransa iddia edib ki, Yeni Kaledoniyada etirazlar zamanıBTQ-nin yaydığı videolar saxtadır. Fransanın saxta adlandırdığıvideolar bizə oradakı dostlarımız tərəfindən göndərilib. Fransahəmin ərazidə interneti məhdudlaşdırıb, sosial mediayaya qadağaqoymuşdu. Lakin biz bu qadağalara qədər artıq videoları əldəetmişdik”, - deyə o bildirib.