RU

Bu şəxslər risk qrupuna aiddir

"Həkimə müraciət etmək şəxsin risk qrupuna aid olub-olmamasına görə müəyyən edilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazov qeyd edib ki, risk qrupuna 5 yaşdan aşağı olanlar, hamilələr, xroniki, bronxial xəstəliyi olanlar, 65 yaşdan yuxarı insanlar aiddir:

"Risk qrupuna aid olan insanlar xəstələndikləri ilk gündən həkimə getməlidir. Amma sağlam insanlar adətən belə xəstəlikləri daha yüngül keçirirlər. Əgər həmin insanlarda xəstəlik 3 gündən çox davam edərsə, o zaman həkimə müraciət etməlidir".

Mina Mikayılova

Избранный
18
bakivaxti.az

1Источники