RU

Nurulla Siracov həyat yoldaşının alnından öpdü - Təsirli görüntülər

Təyyarə qəzasından sonra gündəmə gələn yaşlı cütlüyün son görüntüləri insanları kövrəldib. Belə ki, bir müddət öncə həyat yoldaşı Müslümat Siracovaya uzaqdan baxaraq göz yaşları tökən Nurulla Siracov onunla görüşə bilib.

Ölkə.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Ötən dəfə əlil arabasında olan N.Siracovun bu dəfə ayağa qalxaraq həkimlərin müşayiəti ilə klinikada həyat yoldaşına baş çəkib. Qəzadan sonra ikinci dəfə həyat yoldaşını görməyə gedən kişi onun alnından öpüb.

Qeyd edək ki, əslən Zaqatala rayonunun Danaçı kəndindən olan ər-arvad Siracovlar dekabrın 25-də Bakıdan Qroznıya uçan və Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə olublar. N.Siracovun xəstəxanadan çəkilmiş videosunda həyat yoldaşının qəza anında yanında oturduğunu, lakin ayılandan sonra onu görmədiyini, həyat yoldaşı üçün darıxdığını bildirmişdi. Əvvəlcə qadının həyatını itirdiyini deyilsə də, sonradan onun sağ olduğu məlum olub.

Həmin görüntüləri təqdim edirik:

Избранный
24
olke.az

1Источники