RU

KİV: Tibetdəki zəlzələdən sonra 500-dən çox yeraltı təkan baş verib

Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra maqnitudası 4,4-ə çatan 500-dən çox afterşokun yaşandığı bildirilib.

Bakıvaxtı.az bu barədə yerli KİV-lərə istinadla xəbər verir.

Məlumata görə, 126 nəfərin öldüyü, 188 nəfərin yaralandığı zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin 14 mindən çox personalla davam etdiyi, 407 nəfərin dağıntılar altından xilas edildiyi açıqlanıb.

İtkin düşənlərin sayı ilə bağlı məlumat verilməyib. 

Əli Hüseynov

Избранный
29
bakivaxti.az

1Источники