İranda həbs edilən italiyalı jurnalist Sesiliya Sala sərbəst buraxılıb.
Yenisabah.az AP-yə istinadla xəbər verir ki, bu barədə İtaliya baş nazirinin dəftərxanası məlumat yayıb.
Sala artıq vətəninə yola düşüb.
Hələlik bununla bağlı İran rəsmiləri heç bir açıqlama verməyib.
Sesiliya Sala dekabrın 23-də jurnalist vizası ilə İrana səfər edib və dekabrın 29-da İslam Respublikasının qanunlarını pozmaqda ittiham edilərək həbs edilib.
Telegram kanalımız