RU

"Yaxın günlərdə Naxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik"

"Ziraat Bank Azərbaycan" ASC filial sayını 11-ə çatdırmağı planlaşdırdır.

Marja.az xəbər verir ki, bunu bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə"Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədri Dr. Selçuk Demir bildirib. 

O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir.

“Yaxın günlərdə Naxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinə təqdim edəcəyik və beləliklə, bu il ərzində filial sayımızı 11-ə çatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələrini də yaradırıq. Onlardan birincisini Qubada açacağıq,” deyə bankın sədri məlumat verib.

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri alavə edib: "Azərbaycan bankları arasında ilk 10-luqda daimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarını qarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstək göstərməyə davam edəcəyik, Türkiyə ilə Azərbaycan arasındakı ticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinə vasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnoloqiyasını inkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq, Ziraat Bank Azərbaycan yoluna davam edir"

Müsahibədən videoçarx 

Anadolu Ajans

Избранный
21
marja.az

1Источники