RU

Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

Image

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Türkiyə ilə sərhəddə Rusiya sərhədçilərinin sayı azaldıla bilər. .

“Əgər Ermənistanla Türkiyə arasında sərhəd açılarsa və ölkələr arasında etimad yaranarsa, biz rusiyalı sərhədçilərin sayının azaldılması məsələsini nəzərdən keçirə və müzakirə edə bilərik”, - deyə Ararat Mirzoyan bildirib. O, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda dislokasiya olunması ilə bağlı məsələnin İrəvanın gündəmində olmadığını vurğulayıb.

Ötən il avqustun 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Aeroportunu tərk ediblər. 2025-ci ilin yanvarında isə Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki “Aqarak” keçid məntəqəsində xidməti dayandırıblar.

Qeyd edək ki, 1992-ci ildə bağlanan müqavilə əsasında Rusiya sərhədçiləri Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları ilə birlikdə Türkiyə sərhədlərini qoruyur.

ZÜMRÜD





Избранный
11
3
baki-xeber.com

4Источники