Hindistanın Kerala ştatında keçirilən festivalda filin izdihamın üzərinə qəfil hücumu nəticəsində 17 nəfər yaralanıb.
Bu barədəNDTV məlumat yayıb.
Telekanalın məlumatına görə, fil festivala gələnlərdən birini götürərək havada yelləyərək kənara atıb. Kişinin vəziyyəti ağır qiymətləndirilir və o, hazırda tibbi yardım üçün xəstəxanadadır.