İcarə əsasında qışa qədər "Sumqayıt"da çıxış edən və daha yaxşı təkliflər aldığını əsas gətirərək qış tətilində düşərgəni birdəfəlik tərk etdiyi deyilən Jordan Rezabala yenidən geri qayıda bilər.
Rekord.az xəbər verir ki, hazırda vətəni Elvadorda olan yarımmüdafiəçinin işləri heç də qaydasında getmir.
Belə ki, ötən ilin sonlarında ona şirnikləndirici təkliflər göndərən klublardan hazırda ciddi mənada səs-soraq yoxdur.