RU

Yeni yayılan virusa görə karantin tətbiq ediləcək?



Çində meydana gələn və Qazaxıstanda da sürətlə yayılmağa başlayan metapnevmovirusa görə bu ölkədə karantin elan olunacağı barədə fikirlər səslənməkdədir. Vəziyyətin getdikcə gərginləşməsi belə bir ehtimalı mümkün edib.

Newscenter.az-ın
xəbərinə görə, Qazaxıstanın Səhiyyə Nazirliyinin Milli İctimai Səhiyyə Mərkəzi isə karantin tətbiq olunmasını istisna edir. Mərkəzin rəhbəri Ayjan Esmaqambetova hesab edir ki, Qazaxıstanda metapnevmovirusa qarşı karantin tətbiq etmək üçün heç bir əsas yoxdur.


"Hazırda epidemioloji vəziyyət sabitdir. Biz epidemiya mövsümünün ortasındayıq. Ötən il və bu ilin epidemiya mövsümlərini müqayisə etsək, yoluxma hallarının 20 faiz aşağı olduğunu görərik. Adətən, yanvar ayında yoluxma hallarının sayı artır. Fevralın ortalarında isə azalır",-deyə Esmaqambetova bildirib.

Süleyman
Избранный
40
newscenter.az

1Источники