RU

Daha bir təyyarə Aktau hava limanında qəza enişi etdi

Qazaxıstanın Aktau hava limanı bu gün Almatıdan Türkiyənin Antalya şəhərinə uçan “Airbus A321” təyyarəsini qəbul edib – təyyarə fövqəladə rejimdə eniş edib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, aviaşirkətin açıqlamasına görə, uçuş zamanı təyyarənin ekipajı mərkəzi yanacaq çəninin təhlükəsizlik klapanında nasazlıq aşkarlayıb. Xoşbəxtlikdən eniş insidentsiz baş tutub, lakin təyyarənin sərnişinləri bir müddət Türkiyə çimərliklərində deyil, Aktau hava limanında qalmalı olacaqlar – onlar otel və isti yeməklə təmin olunublar. Sərnişinlər də Antalya hava limanında təyyarənin gəlişini gözləyirlər – Türkiyə hava limanının rəhbərliyi onların yerləşdirilməsi və qidalanması üçün bütün tədbirləri öz üzərinə götürüb.

//Samir Qurbanov, Editor.az

Избранный
39
editor.az

1Источники