RU

Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Pulumu vermirlər”

“Əmrahbank”la məhkəməmiz davam edir. Bank onlara olan borcumu dərhal ödəməyimi tələb edir, özü isə mənə olan borcunu vermək fikrində deyil. Bildirilir ki, növbəlilik əsasında haçansa ödəyəcəklər.

Valyuta.Az xəbər verir ki, bunu telejurnalist Mübariz Əsgərov Musavat.com-a bankla borc çəkişməsindən danışarkən deyib.

Əməkdar jurnalist bağlanmış banka borclanmasının tarixçəsini bizimlə bölüşüb:

“İllər öncə “Ölüm hökmü, ömürlük cəza” adlı film hazırlamaq qərarına gəldim. Filmin hazırlanması uzun çəkdiyi üçün böyük məbləğdə maliyyə vəsaiti lazım oldu. Bir sözlə, ayrılan büdcə bəs etmədi. Tərəddüd etmədən bank hesabımın olduğu, indi bağlanmış “Əmrahbank”dan 22 faizlə 8 min 500 manat kredit göstürdüm. Hər ay vaxtında kreditimi ödəyirdim. Beləliklə, film də çəkildi, ərsəyə gəldi. Hansısa problem yox idi.

Qeyd etdiyim kimi, həmin bankda əvvəlcədən hesab açdırmışdım. “Rezonans” verilişinin qonorarını televiziya həmin hesabıma ödəyirdi. Mən də o pulu hesabdan çıxarıb əməkdaşların pullarını verirdim, həm də banka olan kredit borcumu ödəyirdim. Neçə aylar belə davam etdi. Vergimi də vaxtında ödəyirdim. Günlərin birində “Əmrahbank” bağlandı və məni banka dəvət etdilər ki, kreditimi tam ödəyim. Mən banka olan borcumun bir hissəsini dərhal ödədim. Amma bank hesabımda olan pulu mənə geri qaytarmadı. Bildirildi ki, növbəlilik əsasında bir neçə ilə pulumu qaytaracaqlar. Bu hadisə 2021-ci ildə olub. “Əmrahbank”la olan problem yadımdan çıxmışdı. Bir də gördüm poçtla məktub gəldi. Orada bildirilirdi ki, kredit borcumu vaxtında ödəmədiyimə görə məhkəməyə verilmişəm. Deyilirdi ki, onların mənə olan borcunu isə mövcud növbəlilik əsasında qaytaracaqlar.

“Əmrahbank” iddiaçı kimi Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Mən bu iddiaya etiraz etdim. Deməli, mənim banka olan borcumun üstünə faiz gəlirdi, amma bankın mənə olan borcunun üstünə faiz gəlmirdi. Məhkəmədə təklif etdim ki, bankın mənə olan borcu ilə mənim ona olan borcum əvəzlənsin. Hakim məsləhət gördü ki, bankla razılığa gələk. Bununla da iki dəfə məhkəmə təxirə salındı”.

Избранный
38
5
valyuta.az

10Источники