RU

Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

Bakının
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Hal-hazırda yollardakı vəziyyət: 1. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 2. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində; 7. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. "20 Yanvar" dairəsində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

12. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Избранный
2
49
1news.az

10Источники