RU

Meksika lideri Trampa yumorla cavab verdi: "Gəlin Şimali Amerikaya Meksika Amerikası deyək"

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirilmə tələbinə yumorla cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə brifinqində danışan Şeynbaum Trampın “Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirəcəyi” barədə bəyanatını qəbuledilməz sayıb.: "Meksika Körfəzi adı 1607-ci ildən beynəlxalq səviyyədə tanınır. Mən 1607-ci ilə aid köhnə xəritəyə diqqətlə baxmanızı istəyirəm. Meksika körfəzi BMT tərəfindən rəsmi ad kimi tanınır. Cənab Trampın məntiqinə qalsaq, onda  niyə Şimali Amerikaya "Meksika Amerikası" demirik? Yaxşı səslənir, elə deyil: Gəlin, orada belə ad qoyaq"

Zülfiyyə Mustafayeva
MİA.AZ

Избранный
10
8
mia.az

10Источники