RU

Rumıniyada prezident seçkiləri mayın 4 və 18-də keçiriləcək

Rumıniyada təkrar prezident seçkiləri mayın 4-də (birinci tur) və mayın 18-də (mümkün ikinci tur) keçiriləcək. Rumıniyada Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və Macarların Demokratik İttifaqından ibarət hakim koalisiya liderlərinin bu qərarı NLP-nin mətbuata açıqlamasında bildirilir.

“Koalisiyanın builki ilk iclasında siyasi partiyalar prezident seçkilərinin birinci turunun mayın 4-də, ikinci turunun isə mayın 18-də keçirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə qeyd edilir.

Noyabrın 24-də Rumıniyada prezident seçkiləri keçirilib. Noyabrın 24-də keçirilən birinci turda müstəqil namizəd Kalin Georgesku 22,94% səslə qalib gəlib. İkinci yeri 19,18% səslə sağ mərkəzçi Rumıniyanın Xilaskar Birliyinin lideri Yelena Laskoni tutub. Onlar dekabrın 8-də keçiriləcək seçkilərin ikinci turunda rəqib olmalı idilər. Lakin dekabrın 6-da Rumıniya Konstitusiya Məhkəməsi bütün seçki prosesini ləğv edib və seçki kampaniyası da daxil olmaqla, səsvermənin yenidən keçirilməsinə qərar verib. Qərar Rumıniya kəşfiyyat orqanlarının Georgescunun onun seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməsi, seçki prosesində istifadə edilən rəqəmsal infrastruktura haker hücumlarının olması və Rusiyanın guya respublikaya qarşı bəzi “hibrid fəaliyyətlər” həyata keçirdiyinə dair sənədlərin məxfiliyini ləğv etməsindən sonra verilib. "

Oxuməni.az

Избранный
7
oxumeni.az

1Источники