RU

Güneyli fəallardan Amuliyə cavab: Yaşasın Qarabağ qəhrəmanı!

Güney Azərbaycanlı fəallar İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi, Ərdəbil şəhərinin cümə imamı Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab aksiyası keçiriblər.

Bu barədə sosial media şəbəkəsində məlumat və fotolar yayııb.

Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını, Türkiyə və Azərbaycana dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, son günlər İran mediasında Türkiyə və Azərbaycan əleyhinə təbliğatyenidən artıb, adı çəkilən ölkələrin əleyhinə müxtəlif tədbirlər və kampaniyalar təşkil edilib.

Bu qəbildən olan tədbirlərdən biri Əli Xaməneinin nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amulinin iştirakı ilə Ərdəbil şəhərində keçirilib.

Həmin tədbirdə Azərbaycan və Türkiyə dövlət başçıları əleyhinə səsləndirilən təhqiramiz ifadələrə görə, İran səfirliyinin nümayəndəsi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Bakının etirazı bildirilib.

visiontv.az



Избранный
12
48
visiontv.az

10Источники