1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistana səfər edib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, səfər zamanı İranın ali rəhbərinin nümayəndəsi Əli Əkbər Əhmədian erməni həmkarı Armen Qriqoryanla görüşməklə yanaşı həm də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələrin aparılması nəzərdə tutulur.