Aktual.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədriliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdəki çıxışında Rail Abbasovun 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, R.Abbasov ötən il sentyabrın 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırırdı.