RU

Azərbaycanda yayılan xəstəlik nədir? Metapnevmovirus? - Adil Qeybulla saat 16:00-da Çətin sualda

2024-cü ilin sonlarında Çində yayılmış insan metapnevmovirusunun (HMPV) Qazaxıstan və Rusiyada da aşkarlandığı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Kluge isə deyir ki, yoluxmanın miqyası və intensivliyi əvvəlki illə müqayisədə çox aşağıdır.

Azərbaycan Səhiyyə Nazirliyi vətəndaşlara metapnevmovirusla bağlı tövsiyə edib.Əlavə olunur ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir.

Azərbaycanda son vaxtlar yayılan xəstəlik metapnevmovurusdurmu? Ümumiyyətlə, metapnevmovirus nədir və ona qarşı necə mübarizə aparmalı?

Həkim Adil Qeybulla Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində  bu barədə danışır.

 

Избранный
7
turan.az

1Источники