RU

Tramp Kaliforniya qubernatorunu istefaya çağırdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu ştatda baş verən şiddətli yanğınlar səbəbindən istefa verməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu çağırışı "Truth" sosial hesabında edib.

Onun sözlərinə görə, ABŞ-ın ən yaxşı və gözəl əraziləri yanıb külə dönür.

“Onlar kül oldu və Qevin istefa verməlidir. Hamısı onun günahıdır!" - Tramp yazıb.

Bundan əvvəl Tramp, sələfi Co Baydeni Kaliforniyadakı böyük meşə yanğınları ilə bağlı "hərəkətsizliyə" görə tənqid edib.

Kaliforniyada baş verənlərin Baydenin "kobud səriştəsizliyi və pis idarəçiliyinin" simvolu olacağını söyləyib.

Избранный
7
publika.az

1Источники