RU

Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? – Dmitri Peskovdan açıqlama

Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü onun suveren hüququdur.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Lakin onun fikrincə, iki müxtəlif beynəlxalq təşkilata üzv olmaq mümkün deyil. Peskov hesab edir ki, Ermənistan da AAİB-nin üzvüdür və bu üzvlük onun üçün faydalıdır.

Kreml nümayəndəsi əmindir ki, AAİB-yə üzvlük “bir dövlət və bu ölkənin xalqı kimi Ermənistan üçün çox, çox müsbət dividendlər verir”. Onun sözlərinə görə, fayda “faizlərlə ölçülür, artım templəri artır” və bundan əlavə, AAİB çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları “onlarda iştirak edən xalqların və ölkələrin xeyrinə işləməyə davam edir”. “Ermənistanın Aİ-yə üzvlüyü nə deməkdir? İndi bunu demək çətindir, çünki təbii ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil”, – Dmitri Peskov bildirib. O, həmçinin əlavə edib ki, Aİ-nin bu məsələdə mövqeyinin nə olduğunu anlamaq lazımdır.

//Samir Qurbanov, Editor.az

Избранный
13
editor.az

1Источники