ABŞ prezidenti Co Bayden Los-Ancelesdə davam edən yanğınlarla mübarizə işlərini əlaqələndirmək üçün bu gün İtaliyaya planlaşdırdığı səfərini ləğv edib.Ağ Evdən verilən açıqlamada Baydenin Los-Ancelesdə davam edən və qısa müddətdə daha geniş əraziyə yayılan yanğınlarla mübarizə işlərini koordinasiya etmək üçün Romaya getmək əvəzinə Vaşinqtonda qalacağı bildirilib.Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində güclü külək nəticəsində yayılan meşə yanğını nəticəsində ölənlərin sayının 5-ə çatdığı və çoxlu sayda insanın yaralandığı bildirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта