RU

Bəzi ərazilərdə suyun verilişi dayandırıldı - FOTOLAR

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb.

Yenisabah.az xəbər verir ki, "Nuhçıxan"ın məlumatına görə, Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.

Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.


Telegram kanalımız
Избранный
4
24
yenisabah.az

10Источники