Çinin qlobal litium ehtiyatlarında payı 6 faizdən 16,5 faizə yüksəlib. Musavat.com xəbər verir ki, bu barədə Çin Geoloji Xidmətinin məlumatlarına istinadən Sinxua agentliyi məlumat yayıb.
Paralel.az xəbər verir ki, ölkə bu göstəricidə Avstraliya, Argentina və Boliviyanı keçərək altıncı yerdən ikinci yerə yüksəlib. Birinci yerdə isə Çilidir.
Çinin qərbində 2,8 min km uzunluğunda litiumla zəngin laylar aşkar edilib. Bundan əlavə, Tibet yaylasındakı mineral göllərdə aşkar edilmiş ehtiyatların həcmi əhəmiyyətli dərəcədə artaraq Çini bu cür yataqlar üzrə dünyada üçüncü ən böyük litium ehtiyatcısına çevirib.
Çin alimləri həmçinin yüksək litium tərkibli mineral olan lepidolitdən litiumun çıxarılmasında ciddi texniki çətinliklərin öhdəsindən gəliblər. Əvvəllər lepidolitin emalı çətin və bahalı idi.
Litium elektrik nəqliyyat vasitələri, enerji saxlama sistemləri, mobil rabitə, səhiyyə və nüvə enerjisi də daxil olmaqla, sənayenin geniş spektri üçün mühüm materialdır. Ekspertlərin fikrincə, litium yataqlarının kəşfiyyatının miqyasının artırılması Çinin idxaldan asılılığını azaldacaq və qlobal litium bazarının tarazlığını yaxşılaşdıracaq.(musavat.com)