RU

İran Təhlükəsizlik Şurasının sədri: Regiondankənar qüvvələrin mövcudluğu regionda sülh və sabitliyə mane olur

Sülh və sabitliyə nail olmaq yalnız region ölkələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu ilə mümkündür. Regiondankənar qüvvələrin mövcudluğu vəziyyəti daha da çətinləşdirir.

"Report"un "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

İran Təhlükəsizlik Şurasının rəhbəri Tehranın sənaye, kənd təsərrüfatı, nanotexnologiya və biotexnologiya sahələrində elmi və texnoloji təcrübəsini İrəvanla bölüşməyə hazır olduğunu bildirib.

Tərəflər iki ölkə arasında hərtərəfli siyasi, iqtisadi və müdafiə əlaqələrinin səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıblar. Onlar əməkdaşlıqda irəliləyişdən məmnun olduqlarını bildiriblər.

Neft emalı zavodlarının və neft-kimya komplekslərinin tikintisi kimi yeni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də qeyd edilib.

Избранный
4
1
far.az

10Источники