RU

Naxçıvan şəhəri susuz qaldı


Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçen diametri 355 millimetr olan əsas magistral xəttində qəza baş verib.

News24.az lent.az-a istinadla xəbər verir ki, qəzaya səbəbinin boru xəttinin uzun müddət istismar edilməsi olduğu ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazilarinə suyun verilişi dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.


Избранный
4
5
news24.az

10Источники