RU

Türk ordusu 10 gün içində hərəkətə keçəcək

Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır, regional şərait məsələnin qısa müddətdə həllinə şərait yaradır.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp son açqılamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib:

“Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK/YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq”.

Qeyd edək ki, Trampın andiçmə mərasimi 10 gün sonra, yanvarın 20-dədir. /Modern.az/

Избранный
4
2
turkustan.az

10Источники