Ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 10:00-a olan məlumatına əsasən Naxçıvan, Culfa, Naftalan, Şəmkir, Yevlax, Kürdəmir, Cəfərxan, Zərdabda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.